Pakistanda kamikadze hərbi maşın karvanını partladıb, ölənlər var

Pakistanın Hayber Paxtunxva əyalətində hərbi maşın karvanına hücum nəticəsində 3 uşaq və 3 əsgər həlak olub.

Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.

Pakistan ordusunun məlumatına görə, kamikadzenin hücumu Əfqanıstanla həmsərhəd Şimali Vəziristan rayonunun inzibati mərkəzi Miranşah şəhərində həyata keçirilib.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Miranşahda “Təhrik-e Taliban Pakistan” (TTP) terror təşkilatı fəal şəkildə fəaliyyət göstərir.