İtaliya XİN başçısı: “Türkiyə Finlandiya və İsveçdən zəmanət istəyir”

“Türkiyə Alyansın digər üzvləri kimi NATO-nun genişlənməsi prinsipini dəstəkləyir”.

APA-nın xəbərinə görə, bunu “Rai3” telekanalına müsahibəsində İtaliya xarici işlər naziri Luici Di Mayo Finlandiya və İsveçin NATO-ya üzvlüyü perspektivi ilə bağlı sualı cavablandırarkən bildirib.

İtaliya xarici işlər naziri qeyd edib ki, Türkiyə bir sıra ikitərəfli məsələləri Finlandiya və İsveçlə müzakirə etmək və zəmanət almaq istəyir: “Finlandiya və İsveçin mümkün qədər tez NATO-ya daxil olması barədə ümumi arzu var. Bu, bizim müdafiə Alyansımızı gücləndirər”.