AB Rusiyaya sanksiya ilə bağlı razılığa gələ bilmədi

Avropa Birliyinə üzv dövlətlərin Daimi Nümayəndələr Komitəsi bu gün növbəti dəfə Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılıq əldə etməyib..

Axar.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun jurnalisti Rikard Jozviyak deyib.

"Bu gün AB səfirləri arasında Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılıq əldə edilmədi. Onlar sabah səhər yenidən görüşəcəklər", - Yozviyak bildirib.