Braziliyada güclü yağışlar 56 nəfərin həyatına son qoyub

Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında güclü yağışlar nəticəsində ölənlərin sayı 56-ya çatıb.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə yerli "Globo" telekanalı xəbər verir.

Məlumata görə, daha 56 nəfər itkin düşüb.

Qeyd edək ki, daha əvvəl 44 nəfərin öldüyü, 25 sakinin yaralandığı, 4 mindən çox insanın evsiz qaldığı bildirilirdi.

Federal hökumətin səylərini əlaqələndirmək üçün bir sıra nazirliklərin rəhbərləri bölgəyə gəliblər. Prezident Jair Bolsonaronun bazar ertəsi bölgəyə səfəri gözlənilir.