Ukrayna səmasında Rusiyanın yüksək rütbəli hərbçilərini daşıyan helikopter vurulub - FOTO

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus “Mi-35MS” helikopterini məhv edib.
Qeyd olunur ki, Rusiya ordusunun arsenalında olan “Mi-35MS” helikopteri yüksək rütbəli hərbi komandanlığın daşınması üçün nəzərdə tutulub.
Hələlik helikopterin hansı istiqamətdə vurulması və hadisə nəticəsində neçə nəfərin öldüyü barədə məlumat verilmir.
Mənbə: Nexta Live