Türkiyə hökuməti NATO-nun Qara dənizdə bəzi hərbi təlmlərinin ləğv edilməsi və təxirə salınması ilə bağlı qərar verib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə məlumat verib.M.Çavuşoğlu Ankaranın sözügedən addımını hərbi gəmilərin Qara dənizdə lövbər salmasını qadağan edən Montrö Konvensiyasının müddəaları ilə izah edib.
Nazir bildirib ki, konvensiya Türkiyəyə istisna hallarda Bosfor və Dardanel boğazlarından hərbi gəmilərin keçidinə tam qadağa tətbiq etmək hüququnu verir.
Məsələni "Sherg.az"a dəyərləndirən politoloq Əhəd Məmmədli Türkiyənin addımının səbəblərini açıqlayıb:
ABŞ-nin Yunanıstanı silahlandırılması, Ankara-Moskva münasibətlərinin gərginləşməməsi, Rusiya Ukrayna müharibəsi, Türkiyənin ABŞ ilə PKK, FETÖ problemləri, İsveçlə Finlandiyanın NATO - ya qəbul olmasına Türkiyə tərəfindən veto qoyulması kimi səbəbləri var. Qardaş ölkəyə müxtəlif cəbhələrdə problemlər yaradırlar. Türkiyə də adekvat addımlar atmağa məcburdur.
Mustafa Kamal Atatürk və V. Lenin dönəmindən sonra Türkiyə ilə Rusiya ən yaxın münasibətlər dövründədilər. Strateji münasibətlərin yaxınlaşmasında R.T.Ərdoğanla V.Putinin böyük əməyi var.
Qara dənizdə növbəti gərginliyin yaşanmaması üçün Türkiyə təlimlərin qarşısını alıb. Ankarının dövlət maraqları mövcuddur.
Nə vaxta qədər Amerika Türkiyənin dövlət maraqlarını nəzərə almayacaqsa, Ankara da adekvat addımlar sərgiləyəcək".