"Məqsəd insanlara Ukraynanı unutdurmaqdır"
Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda Ukrayna prezidenti Vladimir Zelenski yeni açıqlama verib. Sherg.az xarici media istinadən xəbər verir ki, Zelenski vəziyyətdən ciddi naratlığını dilə gətirib. O, deyib ki, Rusiya həm böyükləri, həm də uşaqları zorla aparır:
“Bu, Rusiyanın ən ağır hərbi cinayətlərindən biridir. Rusiya müharibə başlayandan bəri valideynlərindən ayrılmış ümumilikdə 200 mindən çox ukraynalı uşağı oğurlayıb”.
Ukrayna prezidenti vurğulayıb ki, Rusiya bu uşaqları xüsusilə ucqar ərazilərə yerləşdirir:
“ Bu cinayət siyasətinin məqsədi təkcə insanları oğurlamaq deyil, insanlara Ukraynanı unutdurmaq və onların geri qayıtmasının qarşısını almaqdır”.
Turan