Rusiya və Azərbaycan KOB-ları arasında  MÜZAKİRƏ

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının (KOB Korporasiyası) baş direktoru Aleksandr İsaeviç ilə görüşüb.

"Report" KOBİA-ya istinadən xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində keçirilən 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

Görüşdə Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı üçün birgə tədbirlərin təşkilinə, sahibkarlara xidmət sahəsində təcrübə mübadiləsinə və KOB Korporasiyasına təcrübə səfərinə dair fikir mübadiləsi aparılıb.