Vitali Kliçko: Kiyevə raketlər düşməsi nəticəsində iki yaşayış binası zərər görüb


İyunun 26-sı səhər saatlarında Kiyevin Şevçenko rayonuna raketlər düşməsi nəticəsində iki yaşayış binasına ziyan dəyib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.

Merin sözlərinə görə, hazırda binada yaşayan sakinlərin xilasetmə və təxliyə işləri aparılır.