Odessa çimərliyində oğlan mina partlamasında ölüb

İyulun 15-də Odessa vilayətinin çimərliklərindən birində dənizdə çimmək qərarına gələn oğlan minaya düşüb.
Bu barədə Odessa Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk məlumat verib.
“Odessa vilayətinin çimərliklərindən birində öz ad günündə gənc oğlanı mina partladıb. O, bütün qadağaları və tələbləri pozaraq çimməyə gedib. Nəticədə başının travmatik amputasiyası ilə mina partlaşında ölüb”, - deyə məlumatda qeyd edilir.
 “Cənub” əməliyyat komandanlığı bildirir ki, dənizin fırtınalı vəziyyəti mina təhlükəsinin artması üçün ilkin şərtlər yaradır. Belə ki, bu səbəbdən minalar sahilə gəlib çıxa bilər.
Mənbə: Ukrainskaya pravda