2022-ci ildən sonra Almaniya Rusiyanın 400-ə yaxın vətəndaşını ölkədən çıxarıb

Almaniya 2022-ci ildən etibarən 80-dən çox diplomat da daxil olmaqla, Rusiyanın təxminən 400 vətəndaşını ölkədən deportasiya edib.

Sherg.az xəbər verir ki,  bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin məlumatlarına istinadən “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin fevralından Almaniya 80-dən çox Rusiya diplomatını ölkədən çıxarıb. Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən isə 2022-ci ildən etibarən Almaniyadan deportasiya edilən Rusiya vətəndaşlarının ümumi sayı təxminən 400 nəfərdir.

Qeyd edək ki, yanvar ayında Almaniya Xarici İşlər Nazirliyi casusluq şübhəsi ilə bir Rusiya diplomatını ölkədən çıxarıb. Rusiya tərəfi ittihamları əsassız hesab edib və buna cavab olaraq Almaniya diplomatını ölkədən çıxarıb.