Bu gün  Qırğızıstanda milli matəm günü elan edilib

Sentyabrın 19-u Qırğızıstanda milli matəm günü elan edilib.

Trend xəbər verir ki, bununlar bağlı sərəncamı ölkə prezidenti Sadır Japarov imzalayıb.

Qeyd edək ki, 14-17 sentyabr tarixlərində Qırğızıstan-Tacikistan sərhədində silahlı toqquşmalar baş verib. Toqquşmalar nəticəsində Qırğızıstanın 59 vətəndaşı həlak olub, 144 vətəndaşı isə yaralanıb.