Şimali Koreyanın buraxdığı ballistik raket ABŞ və onun regiondakı müttəfiqləri üçün birbaşa təhlükə yaratmayıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okeanı Komandanlığının "Twitter" paylaşımında deyilir.
"Bizim qiymətləndirməmizə görə, bu raket buraxılışı hərbi personal, ABŞ ərazisi və müttəfiqlərimiz üçün təhlükə yaratmır", - deyə paylaşımda bildirilir.
Eyni zamanda qeyd edilir ki, Şimali Koreyanın bu cür hərəkətləri "regionda vəziyyəti qeyri-sabitləşdirir".