Jurnalistlər futbol üzrə Ermənistan millisinin baş məşqçisi Xoakin Kaparrosun mətbuat konfransını boykot ediblər.
Sherg.az report-a istinadən xəbər verir ki, hadisə yığmanın Ukraynaya 0:5 hesabı ilə uduzduğu UEFA Millətlər Liqasının V tur oyunundan sonra baş verib.
Media nümayəndələri 67 yaşlı mütəxəssisin istefasını tələb ediblər.
Qeyd edək ki, Ermənistan komandası Millətlər Liqasında ardıcıl 4 görüşdə məğlub olub. Yığma B Liqasının 1-ci qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb.