Səfərbərliyə çağırılan rusiyalı özünü yandırdı - VİDEO

Rusiyada qismən səfərbərlik elan olunandan sonra məntəqələrdə çağırışçılarla bağlı daha bir hadisə qeydə alınıb. Belə ki, Ryazanda “Mərkəzi” avtovağzalda səfərbər olunanlardan biri özünü yandırıb.
Hadisə şahidinin sözlərinə görə, səfərbər olunan şəxs Ukraynaya döyüşməyə getmək istəmədiyi üçün belə bir addım atıb.
“O, avtobusların olduğu küçədə dayanmışdı və Ukraynada keçirilən xüsusi əməliyyatda iştirak etmək istəmədiyini qışqırırdı. Birdən yanmağa başladı. Bütün paltarı yandı... Sonra təcili yardım gəldi və onu apardı”, - deyə hadisə şahidi bildirib.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.