Rusiya Ukraynada referendumu gerçəkləşdirə biləcəkmi? – ŞƏRH

“Rəsmi Moskva iqtisadi  sanksiyaların ağırlığına baxmayaraq müharibəni bitirmək üçün referendumu gerçəkləşdirəcək”

“Referendumun ardınca isə Qərb ölkələrini hərbi yardımları dayandırmağa, Avropa ölkələrini isə neft-qaz danışıqları aparmağa məcbur edəcəklər” 



Yaponiya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib.Onlar  müdafiə sənayesi ilə bağlı 21 təşkilatı siyahıya əlavə edib və kimyəvi silah istehsalı ilə bağlı malların tədarükünə qadağa qoyub. Bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Xatırladaq ki rəsmi Tokyo ötən həftə sanksiyaları genişləndirəcəyini açıqlamışdı. O, bunu qondarma Donetsk və Luqansk “respublika”ları, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək bağlı “referendum” keçirməklə izah edib.  Yeni sanksiyaların oktyabrın 3-dən qüvvəyə minəcəyi deyilir.

Sanksiyların Rusiyayı geri çəkilməyə məcbur edə bilməyəcəyini deyən siyasi şərhçi Turab Rzayev “Sherg.az”abildirib ki, rəsmi Moskva bütün bunlara hazırlıqlı idi:

“Kremlə qarşı sanksiyaların davamlı olacağını düşünürəm. Xüsusilə də Qərbdən və anglo-sakson ölkələrindən böyük sanksiyalar  gözlənilir. Digər tərəfdən Avropa İttifaqı da qanun pozulmasına qarşı prosesə qoşulacağını bildirib. Buradakı əsas mövzu isə sanksiyalardan sonra Rusiyanın Xerson və Zaporijyeni öz ərazisi kimi elan etmək cəhdidir. Bunun ardınca isə həmin arazilərə hüçum, rəsmi Moskvaya hücum kimi qiymətləndiriləcək. 

Sual yaranır ki, bəs Qərb Ukraynanı əvvəlki kimi dəstəkləyə biləcəkmi? Çünki onu dəstəkləmək və silahların ötürülməsi, rəsmi Kiyevin Rusiya ərazisinə hərbi təcavüz kimi qiymətləndiriləcək. Bununla da Qərb də Kremlin ərazisinə hücum etmiş hesab ediləcək. Ümümilikdə isə referendum  bu rəsmi Moskvanın son şansıdı və onlar dünyanı nüvə silahı ilə hədələmək üçün sözügedən məsələyə əl atıb. 

Belə qənaətə gəlmək olar ki, hansısa iqtisadi sanksiya Kremli dayandıra bilməyəcək.  Ona görə ki, indiki vəziyyətdə Rusiya məğlubiyyətini etiraf edib geri çəkilməlidir. Bu da onlar üçün çöküşə bərabərdir.Rəsmi Moskva iqtisadi  sanksiyaların ağırlığına baxmayaraq müharibəni bitirmək üçün referendumu gerçəkləşdirəcək. 

Referendumun ardınca isə Qərb ölkələrini hərbi yardımları dayandırmağa, Avropa ölkələrini isə neft-qaz danışıqları aparmağa məcbur edəcəklər”.