Kraliça Elizabetin məzarı

Cümə axşamı ziyarətə açılacaq
 
  Həyata 96 yaşında vida edən Kraliça II Elizabetin məzarından ilk görüntülər paylaşılıb. “NTV, com.tr” xəbər verir ki, ötən həftə dəfn mərasimi gerçəkləşən kraliça Müqəddəs Georgi kapellasında mərhum həyat yoldaşı şahzadə Filipplə eyni məzar daşını paylaşır. Məzar cümə axşamı ziyarətə açılacaq. Məzarın fotoları Bukingem sarayı tərəfindən paylaşılıb. Qədim xristian ənənəsinə uyğun olaraq kapella kilsədə müqəddəs ərazi sayılan yerlərdən biridir. Belə yerlərdə adətən önəmli şəxsiyyətlər dəfn edilir.

Kraliça II Elizabet, həyat yoldaşı şahzadə Filipplə yanaşı, məzarüstü lövhədə kraliçanın atası VI Georgi və kraliçanın anasının da adları var. Kraliçanın bacısı şahzadə Margaret də burada dəfn olunub. Qeyd edilir ki, üzərində oymalar olan qara mərmər Belçikadan gətirilib. 

Qeyd edək ki, kraliça II Elizabetin həyat yoldaşı şahzadə Filipp, vəfat etsə də indiyədək dəfn edilməmişdi. Onun dəfni üçün kraliçanın ölümünü “gözləyirdilər”. Bütün bu müddət ərzində şahzadə Filippin cənazəsi kapellada xüsusi nəzarət altında saxlanırdı. Kraliça vəfat etdi və həyat yoldaşının cənazəsi də nəhayət məzara gömüldü. Məzarın ziyarəti ödənişli olacaq. 26.50 – 28.50 sterling dəyərində.