Suriyada beş terrorçu zərərsizləşdirildi - VİDEO

Suriyanın şimalındakı Sülh bulağı və Zeytun budağı bölgələrinə hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyindən açıqlama verilib.
“Terrorçulara qarşı mübarizəni effektiv və qətiyyətlə davam etdirən Türkiyə Silahlı Qüvvələri Sülh bulağı və Zeytun budağı bölgələrinə hücuma hazırlaşan 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, - deyə nazirlikdən bildirilib.