Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi İstanbulda törədilən terror aktından sonra Moldova vətəndaşının Bolqarıstanda saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Nazirliyin mətbuat xidməti bildirib.
"Saxlanılan 3 nəfərin ölkəmizin vətəndaşı olduğu təsdiqlənib", - deyə qeyd olunub. Xarici İşlər Nazirliyi bu terror aktını pisləyib və Moldova hakimiyyətinin birgə araşdırma üçün açıq olduğunu deyib.