Dünyanın ən yaşlı ibtidai sinif şagirdi 99 yaşında dünyasını dəyişib

Keniyalı qadın məktəbdə oxumayan və təhsil almayan qadınlarla toyuqlar arasında heç bir fərq olmadığını  deyib


 
Keniyada 12 yaşlı sinif yoldaşları ilə gələn həftə keçiriləcək imtahanlara hazırlaşan 99 yaşlı Priscilla Sitienei səhhətində yaranan problemlər səbəbindən evində dünyasını dəyişib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın işğalı altında olan Keniyada doğulan və ölkəsinin müstəqillik mübarizəsinin şahidi olan 99 yaşlı qadın ötən il YUNESKO-ya müsahibə verib.


 
Ölkəsindəki gənc anaların məktəbə qayıtmasını istəyən Sitienei ibtidai məktəbə məhz buna görə başladığını bildirib.
Keniyalı qadın məktəbdə oxumayan və təhsil almayan qadınlarla toyuqlar arasında heç bir fərq olmadığını da deyib.
Ətrafında "Qoqo" (yerli dildə nənə) kimi tanınan qadın uşaqlıqda öyrənmədiyi savadı 92 yaşında nail olduğunu açıqlayıb.
Sitineinin hekayəsi, keniyalı qadının Fransaya getdiyi və Brigitte Macron ilə görüşmək fürsəti olduğu fransız filmi "Qoqo"ya da ilham verdi.
"Ən yaşlı ibtidai məktəb şagirdi" üzrə əvvəlki rekord başqa bir Keniyalı Kimani Maruge məxsus idi.
2004-cü ildə 82 yaşında ibtidai məktəbə başlayan Maruge 5 il sonra vəfat edib.
Rekordun yenilənməsi üçün Ginnes rəsmiləri ilə danışıqlara başlanılıb.
 
Turan