"Qurd adam" : Xəstəliyimə əlac yoxdur


Hindistanda dünyada çox nadir rast gəlinən “qurd adam sindromu” hadisəsi yaşanır. Ölkənin Ratlam şəhərində yaşayan Lalit Patidarda orta əsrlərdən bəri cəmi 50 nəfərdə rast gəlinən hipertrikoz diaqnozu qoyulub. Altı yaşından tüklə örtülən Patidarın üzü zamanla görünməz hala gəlib. O,  zorakılığa məruz qalmasına baxmayaraq həyata pozitiv baxdığını və uğurlu Youtuber olmaq arzusunda olduğunu bildirib.


Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Patidar teleyi ilə bağlı açıqlama verib: "Mən normal ailədənəm, atam əkinçidir və hazırda orta məktəbin 12-ci sinfində oxuyuram. Boş vaxtlarımda atama əkinçilik işində kömək edirəm. Anlayıram ki, ömrüm boyu bu tüklərlə yaşayacam. Ailəm deyir ki, doğulanda həkimlər məni  təlaş ediblər, altı-yeddi yaşıma qədər  fərqli adam  olduğumu anladım.
Daha sonra  bədənimdə heç kimdə olmayan tüklərin uzandığını gördüm. O vaxtdan öyrəndim ki, məndə hipertrikoz adlı bir xəstəlik var. Bu nadirdir və bildiyimə görə, dünyada yalnız əlli insanda təsadüf edir” deyə bildirir.
Patidar sözünə davam edir:
"Artıq əlac yoxdur. Əgər tüklərin çox uzandığını hiss etsəm, kəsirəm, başqa çarəm yoxdur və müalicənin də olacağına inanmıram".
17 yaşlı gənci üzən məqam da olub. Məktəb yoldaşları ona lağ edirdilər, meymun deyə qışqırırdılar:
 “İnsanlar bunun çox qorxulu olduğunu deyirlər, məni ruh adlandıraraq ələ salırlar, bir növ mifik varlıq olduğumu düşünürlər”.

Turan