Qazaxıstanda  seçici fəallığı 51,16 % təşkil edib


Qazaxıstan Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkilərində aralıq səsvermənin statistikasını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Komissiya sədri Şavkat Utemisov deyib.

"Vilayət, respublika əhəmiyyətli şəhər, paytaxt komissiyalarının 20 noyabr 2022-ci il saat 14.05 üçün təqdim etdiyi məlumata görə, siyahılara daxil edilmiş vətəndaşların ümumi sayının 51,16 % seçki bülletenlərini alıb".

Qeyd edək ki, bu gün Qazaxıstan üzrə 10 101, xaricdə isə 68 seçki məntəqəsində səsvermə keçirilir. 2022-ci il iyulun 1-nə olan məlumata görə, seçicilər siyahısına 11 827 277 Qazaxıstan vətəndaşı daxil edilib.

İki qadın və dörd kişi olmaqla altı namizəd prezidentliyə namizəd kimi qeydiyyatdan keçib.