Moskvanın mərkəzində anbar yanır - VİDEO - YENİLƏNİB

Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı anbarda baş verən yanğının söndürülməsinə üç helikopter və bir yanğınsöndürən qatarı cəlb olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğının söndürülməsi üçün üç Ka-32 MATS helikopteri və yanğın qatarı cəlb olunub. Yanğın yerində zərərli maddələrin miqdarını ölçən səyyar laboratoriya işləyir.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın baş verdiyi binadan 7 nəfər təxliyə olunub.

***

saat 17.23

Moskvanın mərkəzində anbar binası yanır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Komsomolskaya meydanı yaxınlığındakı binada yanğın 2 min kv.m sahəni əhatə edir.

Rusiya Dəmir Yolları yanğının sərnişinlər üçün təhlükə törətmədiyini və qatarların hərəkətinə təsir etmədiyini açıqlayıb.