MHP lideri Baxçalı: Onların parlament sistemindən başqa təklifləri yoxdur

MHP lideri Dövlət Baxçalı Millət Alyansını hədəfə alaraq, “Parlament sisteminə qayıtmaqdan başqa təklifləri yoxdur” deyib. Bağçalı Şimali İraq və Suriyaya qarşı hava əməliyyatı ilə bağlı "Terrorçuların yuvaları vuruldu" deyə bildirib.

Sherg.az xəbər verir ki,  Dövlət Baxçalı Samsunda Cümhuriyyət Meydanında “2023-cü ilə doğru: Namizəd qətidir, qərar bəlli” mövzulu açıq hava toplantıları çərçivəsində mitinq keçirib. MHP liderinin açıqlamalarından başlıqlar belədir:

- Onların parlament sisteminə qayıtmaqdan başqa təklifləri yoxdur. "Milli Alyans" qaranlıq bir layihədir.

- Masada Türkiyə Cümhuriyyəti qurulmadı. Biz vəzifə axtarmırıq, dövləti şöhrətləndirməyə çalışırıq.

- Namizədimiz bəllidir, qərarımız bəllidir. Biz birliyi qoruyub saxlayacağıq. Prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğandır.

- Rusiya və Ukrayna ilə danışıqlar apara bilən yeganə ölkə Türkiyə idi.

- Kılıçdaroğlunun Borsa İstanbulla bağlı açıqlamaları əxlaqsızlıqdır.

Turan