Qazaxıstanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.
APA-nın xəbərinə görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyası saat 20.00-a seçici fəallığının 69,31% olduğunu açıqlayıb.
***
saat 09.24
Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.
APA-nın xəbərinə görə, seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 20.00-da bağlanacaq.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də artıq paytaxtda Məktəblilər Sarayında yerləşən seçki məntəqəsində səs verib.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10.00-a seçici fəallığının 23,37 faiz olduğunu açıqlayıb.
Qeyd edək ki, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev də daxil olmaqla, prezident kürsüsü uğrunda 6 namizəd mübarizə aparır.