Mask: ““Twitter”in aylıq istifadəçilərinin sayı bir milyardı keçəcək”

“Twitter“ sosial şəbəkəsinin aylıq istifadəçilərinin sayı 1-1,5 ildən sonra bir milyard nəfəri keçəcək.

APA xəbər verir ki, bunu sosial şəbəkədəki səhifəsində dünyanın ən varlı adamlarından biri, amerikalı iş adamı və Twitter sahibi İlon Mask bildirib.

"Mən 12-18 ay ərzində Twitter-in aylıq istifadəçilərinin sayının bir milyardı keçəcəyi perspektivini görürəm", - Mask deyib.

Milyarder Twitter-i aldıqdan sonra dəfələrlə sosial şəbəkədən istifadə edənlərin sayının rekord həddə çatdığını bildirib.