Erməni kriminal avtoritet Rusiya həbsxanalarına yeni “gözətçi” təyin edilib

Ukraynanın Qorlovka şəhərindən olan cinayətkar Armen Sarkisyan Rusiya həbsxanalarına yeni “gözətçi” təyin edilib.

Trend-in məlumatına görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, ona "Vaqner" özəl hərbi şirkəti tipli üslubunda məhbuslardan ibarət yeni özəl hərbi şirkət yaratmaq tapşırılıb. Yeni şirkəti isə rus-erməni biznesmen Samvel Karapetyan maliyyələşdirəcək.