İndoneziyada güclü zəlzələ olub

İndoneziyanın Yava adasının sahillərində 5 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 636 min nəfərdən çox əhalisi olan Yoqyakarta şəhərindən 177 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələ yerin 40 kilometr dərinliyində olub.

Ölən və yaralananlar barədə məlumat verilmir.