Facebook işçilərinə danışmağı qadağan edib

Meta ötən çərşənbə axşamı işçilərinə şirkətdə "keçmişdə çaşqınlıq yaradan" məsələləri  müzakirə etməyi qadağan edib.
Meta-nın İnsan Resursları Departamentinin rəhbəri Lori Goler,  yeni qaydaların şirkətin daxili yazışmalarında dərhal qüvvəyə minəcəyini bildirib. Danışılmasına qadağa qoyulan mövzular arasında abort,  peyvəndlərin müvəffəqiyyəti olması və silah, seçki   kimi siyasi mövzular da var. 

Goler bildirib: "Biz bunu ona görə edirik ki,  daxili müzakirələrimizin hörmətli, məhsuldar və diqqət mərkəzində qalmasına əmin olaq."

Turan