İran humanitar yardım adı altında Suriyaya silah göndərə bilər - FOTO

İran Suriyanın zəlzələ olan bölgələrində vəziyyətdən istifadə edərək, zərər çəkmiş insanlara yardım adı altında döyüş silahları göndərə bilər.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə “Nüvə İranına Qarşı Alyans” təşkilatının siyasi direktoru Ceyson Brodski İsrailin “i24” telekanalına müsahibəsində xəbərdarlıq edib.
O bildirib ki, SEPAH və “Hizbullah” daha öncə də humanitar yardım adı altında Suriyaya müharibə silahları göndəriblər.
“Beynəlxalq ictimaiyyət ayıq-sayıq olmalıdır. Çünki İslam Respublikasının kəşfiyyat agentləri, Qüds qüvvələri sızmaq və silah göndərmək üçün əvvəllər də İranın Qızıl Aypara Cəmiyyətindən sui-istifadə hallarına yol veriblər”, - deyə Brodski açıqlamasına əlavə edib.
Xatırladaq ki, fevralın 9-da İran hökuməti “humanitar yardım” daşıyan təyyarəni Dəməşq hava limanına göndərib.

Telegram Widget
🇮🇷🇸🇾İran humanitar yardım adı altında Suriyaya silah göndərir

“I24” xəbər kanalı ekspertlərə istinadən xəbər verir ki, İslam Respublikası, çox güman ki, Suriyada zəlzələdən zərərçəkmiş bölgələrdəki vəziyyətdən istifadə edərək, zərərçəkmiş insanlara yardım adı altında döyüş silahları göndərir.

“Nüvə İranına Qarşı Alyans” təşkilatının siyasi direktoru Ceyson Brodski İsrailin “i24” telekanalına deyib ki, SEPAH və Hizbullah daha öncə də humanitar yardım adı altında müharibə silahları göndəriblər.

Fevralın 9-da İran hökuməti “humanitar yardım” daşıyan təyyarəni Dəməşq hava limanına göndərib.

Brodski açıqlamasında deyib: “Beynəlxalq ictimaiyyət ayıq-sayıq olmalıdır; Çünki İslam Respublikasının kəşfiyyat agentləri, Qüds qüvvələri sızmaq və silah göndərmək üçün əvvəllər də İranın Qızıl Aypara Cəmiyyətindən sui-istifadə hallarına yol verib”.

احتمال ارسال تسلیحات جنگی جمهوری اسلامی به سوریه در قالب کمک‌های «بشردوستانه»