Almaniyada II Dünya savaşından qalma bomba tapıldı

Almaniyanın Dortmund şəhərində İkinci Dünya müharibəsindən qalan partlamamış mərmi aşkar edilib. Bundan sonra ərazidən 1300-ə yaxın insan təxliyə edilib.

Axar.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının saytında dərc olunmuş məlumatda deyilir.

Parklardan birinin ərazisində tikinti işləri aparılmazdan əvvəl qoruyucu ilə birlikdə ABŞ istehsalı olan 250 kiloqram ağırlığında bomba aşkar edilib. Partlayıcı Sursatların Zərərsizləşdirilməsi Xidmətinin əməkdaşları təhlükəli tapıntıya baxış keçirib və onu zərərsizləşdirmək qərarına gəliblər.

Zərərsizləşdirmə əməliyyatının nə qədər davam edəcəyi hələlik məlum deyil.