Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 80 nəfərə çatıb - YENİLƏNİB-2

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.

APA-nın yerli bürosunun məlumatına görə, mərasimdə iştirak edən 80-nə yaxın insan xəstəxanaya çatdırılıb.

Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma davam etdirilir.

***
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub.

APA-nın yerli bürosunun məlumatına görə, zəhərlənən vətəndaşların sayı 60-a çatıb.

Məlumata görə, bu say daha da arta bilər.

***
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda keçirilən yas mərasimlərin birində baş verib.

Belə ki, 40 nəfərdən çox vətəndaş zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edib.