20 il xərçənglə mübarizə: Xəstəliyini kitablardan öyrəndi


 Sərkan Topal ayaqlarında ağrı şikayəti ilə xəstəxanaya gedib. Həkimlər müalicə təyin edib. Müalicə olunan Sərkan evə döndükdə ensiklopediyaları qarşısına qoyaraq oxumağa başlayıb. Və heyrətə gəlib. Sərkan ağrıların əlamətinə görə sümük xərçəngi olduğunu bilib. “Sümük xərçəngi olanların uzaq başı 2 il yaşadığını öyrənəndə, heyrətə gəldim. Düşündüm ki, mən də ən çox 2 il yaşayacam. Bu, məni çox qorxutdu”. 
“Sherg.az “Milliyet.com.tr”yə istinadən Sərkan Topalın xəstəliklə necə mücadilə apardığını təqdim edir.  Sərkan Topalın ayaq ağrıları 1990-cı ildə kəskin artıb. Xəstəxanaya gedərək müayinə olunub. Ayaqlarından biopsi alınaraq analizə göndərilib. Biopsiyə göndərilən parçalardan biri bilinməyən səbəblərdən itib, digər parçanın analizində isə sümük iltihabı müəyyənləşib. Sərkan Baltalimanı Xəstəxanasında doktor Şinasi Numan tərəfindən əməliyyat edilib. Əməliyyatdan sonra ağrılar azalıb. Amma analizlərdə sarkoma – sümük xərçəngi təsbit edilib. Bundan sonra müalicənin digər mərhələsi başlayıb. “O zaman mən ikinəfərlik palatada yatırdım. Baxdım ki, burada müalicə alanların saçları tökülüb. Analizin cavabından bir şey anlamamışdım. Özümə dedim ki, görəsən niyə məni xərçəng xəstələri ilə eyni palataya köçürüblər? Müalicə kursu başladı və mənim də saçlarım tökülməyə başladı. 6 ay xəstəxanada qaldım. Evə döndükdən sonra analizdə yazılanlarla bağlı ensiklopediyada axtarış aparmağa başladım və xərçəng xəstəsi olduğumu öyrəndim. Heyrətə gəldim. İndi həkimlər fərqlidir. Ağır xəstəliklərlə bağlı insanlara ehtiyatla xəbər verirlər, ailə içində olmalarını təmin edirlər. O gün yaşadığım travmanı heç unuda bilmirəm. Bir gün axşam çağı tuneldə qəzaya şahid oldum. Yenə eyni qorxunu yaşadım”, söyləyən Sərkanın müalicəsi 18 ay çəkib. Həm kimya terapiyası, həm də şüa terapiyası alıb. Övladının olmayacağından qorxsa da, süni mayalanma yoluyla bir qız övladı dünyaya gəlib. Sərkan Topal ağır xəstəliklərlə mücadilə edənlərə ümid işığı yandırır və “heç kim ümidsiz olmasın, özünü gücsüz saymasın, xəyallarından vaz keçməsin. Mən hamıdan gözəl xəbərlər gözləyirəm. Qoy hamı illər sonra illər  əvvəl başına gələnləri kağıza köçürsün. Bir-birimizə dəstək olaq”, deyib.