Zaxarova: “Əgər dialoq regionda sabitliyə və inkişafa töhfə verəcəksə, biz bunu ancaq alqışlayacağıq” - VİDEO

“Bakı, İrəvan və Tbilisi arasında üçtərəfli dialoq Qərbin dağıdıcı təsirinə məruz qalmayacağı təqdirdə Moskva tərəfindən alqışlanacaq”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə news.ru saytının jurnalisti Sona Rüstəmovanın sualını cavablandırarkən bildirib.
“Əgər Bakı, İrəvan və Tbilisi arasında üçtərəfli dialoq Cənubi Qafqazda ziddiyyətlərin həllinə, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcəksə, o zaman biz bunu ancaq alqışlaya bilərik. Lakin bu təşəbbüsün arxasında hansısa formada Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli razılaşmalarının icrasına xələl gətirməyə çalışan Vaşinqtonun və Brüsselin konturları görünürsə, bu, artıq başqa söhbətin mövzusudur”, - deyə rusiyalı diplomat vurğulayıb.