İtaliya Ukraynaya SAMP-T sistemlərinin göndəriləcəyini təsdiqləyib

İtaliya Fransa ilə birlikdə SAMP-T hava hücumundan müdafiə sistemlərinin Ukraynaya veriləcəyini təsdiqləyib.
“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corciya Meloni bildirib.
“Parislə birgə Ukrayna üçün çox vacib məsələ üzrə çalışırıq. Düşünürəm ki, sürətlə irəliləyirik və yaxın günlərdə bunu yekun şəkildə elan edə biləcəyik”, - o deyib.