BMT: Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın hücumları başlayandan bəri Ukrayna əhalisinin üçdə birinin ölkəni tərk etdiyini açıqlayıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, BMT-nin insan haqları ekspertləri tərəfindən verilən ortaq yazılı açıqlamada 24 fevralda başlayan Rusiya-Ukrayna müharibəsindən bu yana ukraynalı qaçqınların vəziyyəti qiymətləndirilib.

Açıqlamada Ukrayna əhalisinin üçdə birinin müharibə başlayandan sonra ölkəni tərk etdiyi vurğulanıb və çoxlu sayda qadın, uşaq, qoca və əlil qaçqının son dərəcə həssas vəziyyətdə olduğu vurğulanıb.

Bildirilib ki, qaçqınların və onların ailələrinin müdafiəsi beynəlxalq hüququn tələbidir və uşaqların müdafiəsinə xüsusi diqqət yetirilməlidir.

Turan