Cənubi Koreyalı rəssamın çəkdiyi mənalı Türkiyə

Cənubi Koreyalı rəssam Myeong Minho, 6 fevralda baş verən zəlzələlərdən sonra Türkiyə ilə Cənubi Koreya arasındakı 73 il öncəki tarixə söykənən  qardaşlıq bağlarını mənalı bir rəsmlə təsvir edib. Minho Koreya müharibələrində türk əsgərlərinin dəstəyini və zəlzələlərdən sonra Türkiyəyə gələn Cənubi Koreyalı xilasedicilərin dəstəyini iki ayrı rəsmlə vurğulayıb.

Sherg.az türk mediasına  istinadən xəbər verir ki, Cənubi Koreyalı rəssam çəkdiyi rəsmlərlə yanaşı, “Qardaşlarımın ölkəsi Türkiyəyə rəsmlərlə başsağlığı verirəm. Ümid edirəm ki, dularım yetər”.


 
Minho Cənubi Koreyaya yardım üçün göndərilən briqadada olan Astsubay Süleyman Dilbirliği ilə müharibədə ailəsini itirən balaca Aylanın hekayəsindən bəhs edən filmdən ilham alaraq araşdırma aparıb.

Cənubi Koreya prezidenti zəlzələlərlə bağlı “Bu çətin zamanda ürəyim Türkiyə və Suriya xalqının yanındadır. Koreya yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir, Koreya müharibəsində qana bulanmış qardaşlıq bağımız olan Türkiyəyə hər cür kömək etməyə hazırıq.

QEYD:
Türkiyə 1950-1953-cü illərdə Şimali Koreya ilə Cənubi Koreya arasında başlayan müharibəyə Türkiyə Böyük Millət Məclisinin 1950-ci il sessiyası ilə beynəlxalq dəstək çərçivəsində əsgər göndərmişdi.

Müharibənin başlaması ilə 1953-cü ilin iyulunda əldə edilən atəşkəs arasında Koreyada cəmi 14936 türk əsgəri xidmət edib. Onlardan 721-i həyatını itirib, 175-i itkin düşüb, 234-ü əsir götürülüb, 2147-si yaralanıb. Cənubi Koreya türk əsgərlərinin bu dəstəyini unutmadı və iki ölkə arasında xüsusi bir dostluq yarandı.

Turan