"Putin yeni hücuma hazırlaşır" - Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı yeni hücum əməliyyatlarına başladığını bildirib.
Bakupost.az -ın UNİAN-a istinadən xəbərinə görə, Stoltenberq bu barədə Alyansın müdafiə nazirlərinin fevralın 14-15-də Brüsseldə keçiriləcək ikigünlük iclası ərəfəsində keçirdiyi brifinqdə bildirib.
"Biz Ukraynaya dəstəyimizi gücləndirir və gücləndirəcəyik. Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumndan təxminən bir il keçir. Ancaq Prezident Putin sülhə deyil, yeni hücumlara hazırlaşır. Biz Ukraynanı qazanmaq, ədalətli və davamlı sülhə nail olmaq üçün lazım olan addımları artmağa davam etməliyik”, - Stoltenberq vurğulayıb.