Ukrayna Avropa Birliyinə daxil olmaq üçün vaxt təyin etdi

Ukraynanın Avropa Birliyinə daxil olması barədə danışıqlar 2023-cü ilin yazından başlayacaq.
Bakupost.az xəbər verir ki, bu tarixi Avroatlantik inteqrtasiya üzrə vitse-müavin Olqa Stefanişina bildirib.
O, AB-nə daxil olma prosesini fil yeməklə müqayisə edib.
“Filin birinci hissəsi qəbul olma ilə bağlı danışıqların başlamasıdır. Ukrayna xalqı hər mərhələdə başa düşəcək ki, hansısa çətinliklər var, amma hazırda ciddi maneə yoxdur. Danışıqlar başlayacaq”.
Bir sıra Avropa dövləri onları hansısa qərara verməyə təhrik etməyi və tələsdirməyi sevmir.
Digər hissəsi isə Ukraynanı Balkanlarla müqayisə edir, onlar Avropa Birliyinə uzun illərdir daxil ola bilmir.
“Mən bu baxımdan Avropa rəsmilərini çox ehtiyatlı davranmağa çağırıram, mənfi perspektivlər barədə düşünmək istəmirəm” – deyə əlavə edib.