Rusiya Türkiyədəki konsulluq heyətini genişləndirəcək


Rusiya Türkiyədəki konsulluğunun genişləndirilməsi üçün çalışır.

Bunu çərşənbə axşamı Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov deyib.

“Biz Türkiyədə konsulluğumuzu genişləndirmək üçün mübarizə aparacağıq”, - deyə o, bildirib.

Diplomatın sözlərinə görə, hazırda ölkədə Rusiya informasiya və məsləhət mərkəzləri fəaliyyət göstərir.

“Onlar bizim konsulluqların mövcud olduğu yerdə - Ankarada, İstanbulda və Antalyada işləyirlər”, - Yerxov bildirib.

Mənbə: TASS