Rusiya Jurnalistlər İttifaqının beynəlxalq federasiyaya üzvlüyü dayandırılıb


Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) rəhbərliyi Rusiya Jurnalistlər İttifaqının (UJR) təşkilata üzvlüyünü dayandırıb.

Bunu çərşənbə günü birliyin sədri Vladimir Solovyov bildirib.

“IFJ-nin baş katibi Entoni Bellanqer mənə UJR üzvlüyünün dayandırıldığını bildirən məktub göndərib”, - deyə o, bəyan edib.

Xatırladaq ki, Beynəlxalq Jurnalistlər Federasiyası fevralın 22-də Rusiya Jurnalistlər İttifaqının üzvlüyünün dayandırılması məsələsinə baxıb. Təklif yekdilliklə qəbul edilib.

Qeyd olunur ki, fəaliyyətin dayandırılması son nəticədə üzv təşkilatın xaric edilməsinə səbəb ola bilər.

Mənbə: TASS