Bu məsələdə Çinlə işləməyə hazırıq - Makron

Fransa Ukrayna böhranının tezliklə həlli üçün Çinlə yaxından işləməyə hazırdır.
Bakupost.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Quançjouda Çin Sədri Si Szinpinlə qeyri-rəsmi görüşü zamanı bildirib.
"Fransa Çinin beynəlxalq arenadakı təsirinə böyük əhəmiyyət verir, Çinlə yaxından işləməyə, böhranının tezliklə siyasi həllinə kömək etmək üçün birgə səylər göstərməyə hazırdır", - Makron qeyd edib.