ABŞ Yaxın Şərqə atom sualtı qayığı yollayıb

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə atom sualtı qayığı yollayıb.

APA-nın məlumatına görə, bu barədə aprelin 8-də “New York Post” məlumat yayıb.

ABŞ Hərbi Dəniz Qüvvələri 154-ə qədər “Tomahavk” raketi daşıya bilən sualtı qayığı Yaxın Şərqə göndərib.

Yaxın Şərq regionuna göndərilən sualtı qayıq Corciya ştatında dislokasiya olmuşdu. Aprelin 7-də o, Süveyş kanalını keçib. ABŞ-ın Beşinci Donanmasının məlumatına görə, sualtı qayıq ABŞ-İran münasibətlərinin pisləşməsi fonunda regionda təhlükəsizliyi təmin etmək üçün ora yerləşdirilir.