Nürnberq prosesinin sonuncu prokuroru 104 yaşında vəfat edib


Nürnberq məhkəməsində çıxış edən prokurorlardan sonuncusu Benjamin Ferens 104 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə NBC telekanalı onun oğluna istinadən məlumat yayıb.

Bildirilib ki, B. Ferensin ölümünün səbəbləri bəlli deyil.

Qeyd edək ki, Nürnberq prosesi İkinci Dünya müharibəsinin bitməsindən sonra Nürnberq Ədliyyə Sarayında keçirilən bir sıra nasist hərbi cinayətkarların məhkəmələridir.