İsrail ordusu Suriyadan 3 raket atıldığını qeydə alıb

İsrail ordusu şənbə günü axşam Suriyadan üç raket atıldığını qeydə alıb.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, onlardan biri İsrail ərazisinə keçirərək, Qolan təpələrində yaşayış olmayan əraziyə düşüb.
Bu raketlərin dəf edilməsində hava hücumundan müdafiə qüvvələri iştirak etməyib.