Nigeriyada silahlılar 80 nəfəri qaçırıblar

Silahlılar Nigeriyanın şimal-qərbində çoxu uşaq və qadınlar olmaqla, 80 nəfəri oğurlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə “Premium Times” qəzeti Zamfara ştatının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, qaçırılan şəxslər Tsafe kəndinin sakinləridir. Onlar naməlum istiqamətə aparılıblar. Yerli sakinlər oğurlananların sayının 100-dən çox ola biləcəyini istisna etmirlər.

Oğurlananların azad edilməsi üçün əraziyə hərbiçilər göndərilib.