Ukrayna 31 uşağı Rusiyadan vətənə qaytarıb

Müharibə zamanı “işğal olunmuş ərazilərdən” aparılan uşaqlar Ukraynada ailələrinə qovuşdular.

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Ukraynanı xilas et” xeyriyyə təşkilatı məlumat yayıb.

Kiyevin hesablamalarına görə, müharibə başlayandan bəri 19 500-ə yaxın uşaq Rusiyaya deportasiya edilib. Moskva uşaqların oğurlandığını inkar edir və onların hamısının təhlükəsizlik məqsədi ilə aparıldığını iddia edir.

"Bu, bizim beşinci xilasetmə missiyamız idi və bu, təkcə xilas etdiyimiz uşaqların sayı baxımından deyil, həm də mürəkkəbliyi baxımından xüsusi idi" deyə xeyriyyə təşkilatının direktoru Mikola Kuleba bildirib.

Qrup Rusiyaya aparılan uşaqların ukraynalı qohumlarına logistika, nəqliyyat və planlaşdırma işlərində köməklik edib.