Ərdoğan Türkiyənin ilk milli peykindən yazdı - FOTO


Türkiyənin ilk müşahidə peyki aprelin 11-də kosmosa buraxılacaq.

Sherg.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar günü özünün "Twitter" səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.

"Yüksək ayırdetmə qabiliyyətinə malik ilk milli istehsalımız olan IMECE müşahidə peykimiz aprelin 11-də kosmosa buraxılacaq", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə özünün insan resursları, imkanları və texnologiyası ilə qlobal kosmos yarışında irəliləməyə davam edəcək.