Zelenski: "Rusiya özünü dünyadan getdikcə daha çox təcrid vəziyyətinə salır"

Rusiya Zaporojyenin yaşayış məntəqələrini növbəti dəfə atəşə tutmaqla özünü dünyadan və bəşəriyyətdən daha çox təcrid vəziyyətinə salır.

“Report”un məlumatına görə, bunu Ukrayna Prezidenti Vol\odimir Zelenski deyib.

Ukrayna lideri rusların Zaporojyeni S-300 raketləri ilə vurduğunu, nəticədə ata və 11 yaşlı qızın həlak olduğunu bildirib. Uşağın anasının vəziyyəti ağır olduğu üçün xəstəxanada müalicə olunur.