Xersona hücum: 11 yaşlı azərbaycanlı həlak oldu - VİDEO

Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Ukraynada 4-cü həftədir tam sakitlikdir. Həyəcan siqnalları belə eşidilmir.
Məlumata görə, Ukraynanın cənubunda və şərqində isə gərginlik davam edir:
“Azad olunan Xerson şəhərinə və ətrafındakı kəndlərə təkcə son sutkada 285 mərmi hücumu olub. Ölən və yaralananlar var”.
O da bildirilib ki, bu hücumlar nəticəsində həlak olanlardan biri 11 yaşlı azərbaycanlıdır.